Hər bir valideyn bunları mütləq bilməlidir

Ana və atalar yadınızdan çıxarmayın evladlarınız hər an böyüyür və dəyişir. O sizin evladınız olsa da sizdən fərqli bir xarakterə sahib ola bilər, ona görə onu tanımağa və başa düşməyə çalışın.
Bəzi mövzularda uşaqlarınızı sərbəst bıraxın. Onların hansı peşəni və hansı elmə maraq göstərmələrinə mane olmayın. Onlara uşaq gözü ilə baxıb hər zaman müdafiyə etməyin. Bu onları uşaq qalmağa vadar edər və hər hərəkətlərində uşaq kimi kiməsə bağlı qalarlar.

Həyatın çətin olduğunu və hər istədiklərinə nail ola bilməyəcəklərini onlara başa salın. Tez-tez onlara söz verməyin, sonra sözünüzə əməl edə bilmədiyiniz zaman etibarınızı itirərsiniz. Qərarlarınızda ciddi olun. Səhv işlərində ona qadağan qoyun və bunun bir ailə qanunu olduğunu ona başa salaraq sübut edin.
 
Davamı →

Uşağı necə tərbiyə etməli: xoxanla, ya ağılla?

Uşağı necə tərbiyə edək ki, o həm savadlı, həm mərd, qorxmaz, sağlam olsun, həm də ağlamasın, şərlik etməsin, vaxtı-vaxtında yeməyini yesin, yatsın?

Bəli, biz Allahın çox kiçik bəndələrindən eyni zamanda çox şey tələb edirik. Uşağı döymək olmaz, sillə ilə onu tərbiyyələndirmək mümkün deyil və s. kimi bəlli deyimlərlə çoxdan tanışıq. Amma silləsiz, qulaqburmasız da keçinmək çətindir.

Hər gün qonşu evdən uşaq qışqırtısı, ağlaşması səsi gələndə amerikalılarda olduğu kimi valideyni polisə vermək həvəsinə düşürəm. Birdən uşaq vaxtı anamın mənə vurduğu sillələri, bədənimdən götürdüyü çimdikləri xatırlayıb fikrimdən vaz keçirəm.
Davamı →

Valideynlərin etdiyi səhvlər

Bizdə uşağın tərbiyəsindən daha çox analar məsuliyyət daşıyır, ancaq çox şadam ki, artıq gənclərin çoxu bunun hər iki valideynin öhdəliyi olduğunu anlayırlar.

Valideynlər uşağın şəxsiyyət kimi formalaşmasında önəmli rol daşıyırlar. Bu səbəbdən də onlar davranışlarına və tərbiyə metodlarına xüsusi diqqət ayırmalıdırlar. Özüm valideyn olmasam da hər zaman valideynlərim tərəfindən gördüyüm sevgi məni daha yaxşı hiss etdirib və aşağıda qeyd etdiklərimin uşaqlar üçün önəmli olduğunu düşünürəm. Ümid edirəm ki, bütün uşaqların üzləri gülər və çox xoşbəxt olarlar! Əziz valideynlər, siz çox yaxşısınız, ancaq hər birinizə diləyim budur ki, uğurlu övlad yetişdirmək üçün yoldaşınızla əla komanda olasınız və bu yolda sizə uğurlar arzu edirəm!
Davamı →

Hollandlar uşaqlarına necə seks tərbiyəsi verirlər?

Hollandlar uşaqlarına seksi necə öyrədirlər?
Dünyanın ən yaxşı gender bərabərliyinin hökm sürdüyü ölkələrdən biri olan Niderlandda uşaqlar 4 yaşından etibarən seks və insan bədəni haqqında öyrənməyə başlayırlar.

Amsterdamda yerləşən elm muzeyi “Nemo”ya ayaq basanda, ziyarətçilər qeyri-adi sərgilərlə: köpüklənən sirkə, kinetik oyunlar, zəncirvari reaksiyalar, su enerjisinin gücü, o cümlədən linzalarla, prizmalarla və güzgülərlə bağlı eksperimentlərlə rastlaşırlar. Lakin yuxarı mərtəbədəki yalnızca yetkinlik və seks mövzusuna həsr olunmuş “Yeniyetmə faktları” qalereyasına qalxanda isə, məsum valideynlər cəld qərar vermək məcburiyyətindədirlər: uşaqlarıyla davam etsinlər, yoxsa başqa bir sərgi salonuna keçsinlər?
Davamı →

Hansı tərz valideynlik daha yaxşı insan formalaşdırır?

Valideyn sevgisi həyatın sonrakı mərhələlərində inkişafa necə təsir edir?
Valideynlik təcrübələri uşaqların həyatlarına dərindən təsir edir. Son bir neçə ildə Harvard Universitetinin İnsan İnkişafı Proqramı valideynlik təcrübələri və bu təcrübələrin böyüyən və yetkinlik yaşına qədəm qoyan uşaqların inkişafına təsiri ilə bağlı tədqiqat həyata keçirib.

Valideynlik tərzlərinin ümumi bölgüsü onları iki ox ətrafında birləşdirir: bir tərəfdə valideyn qayğısı, digər tərəfdə isə valideyn intizamı. Bu iki ölçünün hər birində valideynlik yanaşmasının yüksək, yaxud aşağı olmasına əsaslanaraq valideynlik tərzləri sonradan daha 4 hissəyə bölünür.
Davamı →

Uşaqlar həyatı cizgi filmi ilə öyrənirlər

Uşaqlar həyatı cizgi filmi ilə öyrənirlər. Bunu türkiyəli professor Mehmet Yavuz deyib. O bildirib ki, televiziya proqramları böyüklərin həyatına təsir edir və eynilə bu, uşaqların da həyatında mühüm rola malik bir prosesdir.

Xüsusilə rəngli təqdimatı ilə diqqəti cəlb edən cizgi filmləri balacaların həyatına təsir edir. Bəs bu vərdiş onların sonrakı taleyində nə kimi müsbət və ya mənfi məqamları ortaya qoyur? 

Cizgi filminin mövzusu uşağın yaşından asılı olaraq seçilməlidir. Cizgi filmləri uşaqların xəyal dünyasını inkişaf etdirir. Bu, uşaqları əyləndirir, eyni zamanda, öyrədici bir funksiya daşıyır. Xüsusilə uşağın xəyal dünyasının inkişafa doğru getdiyi bir vaxtda təsiri böyükdür.
Davamı →

Uşaqlara nə üçün xərclik verilməlidir?

Yəqin, siz də diqqət yetirdiniz ki, biz başlıqda “Uşaqlara xərclik verilməlidirmi?” sualını qoymadıq. Çünki əgər belə olsa idi, bu sualın cavabı şübhəsiz ki, “Bəli!” olardı. Bəli, uşaqlara xərclik verilməlidir. Üstəlik, bəzi valideynlərin düşündüyü kimi “Uşaq nə bilir pul nədir?” fikri də tamamilə səhvdir. Halbuki valideynin düşünəcəyi əsas məsələ uşağına verəcəyi xərcliyin miqdarı və bu xərcliklə onun üzərinə qoyacağı məsuliyyət olmalıdır.
Davamı →

Uşaqlara neçə yaşından kitab oxumaq olar?

Uşaqlara kitab oxumaq üçün konkret bir yaş yoxdur. İstədiyiniz yaşda onlara kitab oxuya bilərsiniz. Hətta, doğulmamış uşaqlar da onlar üçün oxunan kitablardan istifadə edirlər. Uşaq dünyaya gəldikdən sonra da yenə vaxt itirmədən kitab oxuya bilərsiniz.

Təbii ki, ilk aylarda uşaq sizi dinləmir. Çünki dinləmə qabiliyyəti uşaqlarda danışmağı öyrəndikdən sonra başlayır. Ancaq ilk aylarda kitab oxumaq uşaqda səsə olan həssaslığı artırır. 
Davamı →

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun

Azyaşlı uşaqlar, xüsusən də, oğlan uşaqları çox zaman idman növlərindən boksa, karateyə, bir sözlə, döyüş növlərinə meylli olurlar.

Övladlarının bu istəyini yerinə yetirən valideynlər də yaşından, fiziki sağlamlığından asılı olmayaraq, övladlarını həmin idman növlərinə yazdırırlar. Təbii ki, uşaq idman məktəbinə gedərkən həkim müayinəsindən keçmir. Elə idman müəllimləri var ki, bunu tələb belə etmirlər. Məhz buna görədir ki, bəzən qan azlığı, ürək qüsuru yaşayan uşaqlar bu cür idman növü ilə məşğul olandan sonra müxtəlif bədbəxt hadisələrlə, hətta ölümlə üzləşə bilirlər.
Davamı →

Ailədə uşaq tərbiyəsi: nələri bilməli?

Ailə nədir? Müasir ensiklopediyalarda və lüğətlərdə ailəyə, demək olar ki, eyni tərif verilmişdir. Ailə bir-biri ilə məişət birliyi və qarşılıqlı məsuliyyətlə bağlı olan adamların nikah və ya qan qohumluğuna əsaslanan birliyidir. Ana, ata, bacı, qardaş — bizim ailə dünyamızın acılı-şirinli xatirələri bu doğma adamlarla bağlıdır.

Biz övladlıq, qardaşlıq və bacılıq hissi ilə onlarla ömürlük bağlıyıq. Ailə həm də cəmiyyətin ilkin özəyi, onun sosial strukturunun ünsürlərindən biridir. Ailə həm də qarşılıqlı məhəbbət, inam, etibar və hörmətə əsaslanan birlikdir. Məsələyə daha dərindən yanaşdıqda isə ailə özlüyündə kiçik bir dövləti xatırladır. Dövlətdə dövlətin başçısı, dövlətin idarə olunmasında iştirak edənlər, onun vətəndaşları olduğu kimi, bu struktur eynilə ailəyə də aiddir.
Davamı →